İtalyan dili dünyada elit dildir
04 Noyabr 2009 Çərşənbə 16:15
Azərbaycan Dillər Universitetin rektoru İtaliya səfirini qəbul edib. Səməd Seyidov: İtalyan dili dünyada elit dildir.
"İtalyan dili dünyada elit dildir. Bu özünü mədəniyyətdə, incəsənətdə təhsildə və digər sahələrdə özünü göstərir": Bunu İtaliyanın Azərbaycana yeni təyin edilmiş səfiri Mario Corco Stefano Baldini qəbul edən Azərbaycan Dillər Universitetin rektoru, AŞPA-nın vitse-prezidenti millət vəkili, professor Səməd Seyidov deyib. “ADU olaraq şərəf duyuruq ki, İtalyan dilini tələbələrimizə öyrədirik. Bu işdə xeyli nailiyyətlərimiz mövcuddur”.

Rektor S.Seyidov bildirdi ki, ingilis dili ilə yanaşı ADU-da başqa ölkələrin dil və mədəniyyətləri də öyrənilir. Universitetin tələbələri təkcə dil öyrənməklə kifayətlənmirlər, onlar öyrəndikləri xarici dillə yanaşı həmin ölkələrin mədəniyyətlərini də öyrənmək istəyirlər: ”Həmçinin Universitetimizdə İtalyan dili mərkəzi fəaliyyət göstərir. Əlaqələr ənənəvi olaraq bundan sonra da inkişaf edəcək”.

Səfir M.Baldi bildirdi ki, Azərbaycanda, xüsusilə də Dillər Universitetində İtaliyan dilinin öyrənilməsi üçün böyük işlər görülüb: “S.Seyidov həm səriştəli rektor, həm gözəl siyasətçi, həm də İtaliyanın böyük dostudur. Biz ölkə olaraq bilirik ki, İtalyan dili dünyada geniş yayılmayıb. İnanıram ki, İtalyan dilinin Azərbaycanda geniş yayılması üçün böyük işlər görmək mümkündür. Bizim burada dil, mədəniyyət mərkəzlərimizin olması yaxşı olardı. Sizin Universitetlə əlaqələri genişləndirmək bizim üçün çox vacibdir”.

Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər, ölkələrimizin iqtisadi, mədəni, səhiyyə, xüsusilə elm-təhsil sahələrində əlaqələrinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaq Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi və İtalyan dili mərkəzi ilə tanış olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar