İslam Partiyası Milli Şuranı terk etdi
13 Sentyabr 2013 Cümə 17:02
Elçin Manafov: Azerbaycan İslam Partiyası sedr evezi olaraq Milli Şuranın üzvlüyünde deyilem.
Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov Milli Şuranı tərk etməsi barədə bəyanat verib.
Partiyanın mətbuat xidmətindən ANS PRESS-ə göndərilən bəyanatda bildirilir ki, Milli Şura yarananda mənim adımın qurucular siyahısına salınması təklif olunmuşdu: "Mən də bu təklifi şifahi olaraq qəbul etmişəm. AİP-in Milli Şurada təmsilçiliyi barədə heç bir qərar olmadığına görə qurumun Nizamnamə və qərarlarının qəbul olunmasında iştirak etmədim.
Hazırda Milli Şurada üzvlüyümü əsas gətirib AİP-in bu qurumda olmağı iddiasına aydınlıq gətirmək məqsədi ilə bir daha bəyan edirəm. AİP sədr əvəzi olaraq Milli Şuranın üzvlüyündə deyiləm və təmsil etdiyim partiya prezident seçkilərində “Ədalət” partiyasının sədri İlyas İsmayılovun namizədliyinin dəstəklənməsi barədə qərarını dəstəkləyirəm”.
DOSTLARINLA PAYLAŞ: