İqbal Ağazade prezidentliye namized oldu
03 Sentyabr 2013 Çərşənbə Axşamı 16:44
Merkezi Seçki Komissiyası İqbal Ağazade nin namizedliyini qeyde alıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib. ANS PRESS-in verdiyi xəbərə görə, iclasında Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Führuz oğlu Ağazadənin namizədliyi qeydə alınıb.
MSK katibi Arifə Muxtarovanın bildirdiyinə görə, partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər MSK-ya təqdim edilib. Həmin sənədlər yoxlanıldıqdan sonra yekun protokol qəbul edilib.

Xatırladaq ki MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri isə 2008-ci il oktyabrın 15-də keçirilib.
Azərbaycanda prezident seçkiləri hər beş ildən bir keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar