Siyasət

İlham Əliyevlə Havyer Solana görüşəcəklər

Görüş zamanı Azərbaycanda gedən inkişaf prosesləri müzakirə ediləcək

· Xəbərçi
İlham Əliyevlə Havyer Solana görüşəcəklər

 

Belçikada səfərdə olan prezident İlham Əliyev sabah Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana ilə görüşəcək. Bu barədə məlumat Avropa Birliyinin rəsmi saytında yerləşdirilib.

Ali komissar Havyer Solana və Prezident İlham Əliyev Azərbaycanda gedən son inkişaf proseslərini müzakirə edəcəklər. Görüş zamanı Avropa Birliyi- Azərbaycan əlaqələri, xüsusilə, mayın 7- də Praqada keçiriləcək Şərqi Əməkdaşlıq Sammiti müzakirə olunacaq.

Kəmalə  Ramazanova/ANSPRESS/

 

 

Şərhlər