Azərbaycan prezidenti İlham Əliyev Yəmən Respublikasının prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Yəmən Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir".
İlham Əliyev Abdurabbih Mənsur Hadiyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yəmən xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.
İlham Əliyev Yəmən prezidentini təbrik edib
Dövlət başçısı Abdurabbih Mənsur Hadiyə prezident vəzivəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.




Şərhlər