Siyasət

İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedəcək

Türkiyə prezidentinin mətbuat mərkəzinin açıqlamasına görə dövlət başçısı noyabrın 12-13-də qardaş ölkədə səfərdə olacaq.

· Xəbərçi
İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedəcək
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-13-də Türkiyədə rəsmi səfərdə olacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İlham Əliyev Abdullah Gülün rəsmi dəvəti ilə qardaş ölkəyə səfər edəcək.

Türkiyə prezidentinin mətbuat mərkəzinin açıqlamasına görə, prezident seçkilərində yenidən qalib gələn İlham Əliyev səfər çərçivəsində Türkiyə prtezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşəcək.

Abdullah Gülün Azərbaycan dövlət başçısına "Dövlət nişanı" təqdim edəcəyi də deyilir. Səfər çərçivəsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü toplantısı da gerçəkləşdiriləcək.

Şərhlər