İlham Əliyev sabiq prezidenti “Dostluq” ordeni ilə təltif etdi
19 Fevral 2014 Çərşənbə 14:37
Azərbaycan dövlət başçısı İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşevi qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevi qəbul edib. ANSPRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlət başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.

Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib.

Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də onda dərin təəssürat yaratdığını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar