Prezident İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevi ölkəsinin dövlət bayramı – Rusiya günü münasibətilə təbrik edib.
"Bu gün Rusiya dövlətçiliyin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, demokratik islahatların həyata keçirilməsi və cəmiyyət həyatının müxtəlif sahələrinin modernləşdirilməsi yolu ilə inamla addımlayır. Dünya birliyində ölkənin nüfuzu artır, mövqeləri möhkəmlənir",- deyə məktubda vurğulanır.
Məktubda həmçinin bildirilir ki, Azərbaycan ilə Rusiyanı bir-birinə çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri bağlayır: "Bu xoş münasibətlər çoxplanlı qarşılıqlı fəaliyyətimizin genişlənməsinə, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının dərinləşdirilməsinə hərtərəfli kömək edərək xalqlarımızın rifahı naminə, sülh və Qafqazda sabitlik naminə bundan sonra da möhkəmlənəcək". /ANS PRESS/