Siyasət

İlham Əliyev Piter Semnebini qəbul edib

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

· Xəbərçi
İlham Əliyev Piter Semnebini qəbul edib

Prezident İlham Əliyev bu gün Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq və Ermənistanla Azərbaycan arasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /ANS PRESS/

Şərhlər