İlham Əliyev Nursultan Nazarbayevə məktub ünvanlayıb
15 Dekabr 2009 Çərşənbə Axşamı 18:50
Azərbaycan prezidenti Qazaxıstan xalqını Müstəqillik günü münasibətilə təbrik edib
Ölkə başçısı İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məktub ünvanlayıb. Azərbaycan prezodenti qazaxıstanlı həmkarını ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib.

"Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Qazaxıstan əlaqələri tarixən təşəkkül tapmış möhkəm dostluq ənənələrinə malikdir. Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu bayram günündə Sizə, Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıram", - deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar