Siyasət

İlham Əliyev - Nikola Sarkozi görüşünün təfərrüatları

Fransa prezidenti: "Danışıqların bu istiqamətdə aparılmasının tərəfdarıyıq"

· Xəbərçi
İlham Əliyev - Nikola Sarkozi görüşünün təfərrüatları
"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı aparılan danışıqlarda müsbət dinamika müşahidə olunur. Biz danışıqların bu istiqamətdə aparılmasının tərəfdarıyıq". Bu sözləri prezident İlham Əliyevlə görüşündə Fransa prezidenti Nikola Sarkozi bəyan edib.

Fransa prezidentinin rəsmi internet səhifəsində qeyd olunub ki, həmsədr ölkə kimi Nikola Sarkozi tərəflərdən tezliklə ortaq məxrəcə gələrək münaqişənin həllinə nail olmalarını istəyib.

Regionda Azərbaycanın nüfuzunun günü-gündən artdığını bildirən Sarkozi İlham Əliyevdən İranla yaranmış nüvə böhranının aradan qaldırılması üçün da rəsmi Tehrana öz təsirindən istifadə edərək yardım etməsini istəyib. Nikola Sarkozi həmçinin Azərbaycanın Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində göstərdiyi fəaliyyətə görə də İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, İlham Əliyevin fransalı həmkarı Nikola Sarkozi ilə görüşü dekabrın 9-da Fransada olub. ANSPRESS

Şərhlər