İlham Əliyev NATO-nun Baş katibi ilə görüşüb
29 Aprel 2009 Çərşənbə 16:20
Yaap de Hoop Sxeffer bildib ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır

 

Belçika Krallığında işgüzar səfərdə olan prezident İlham Əliyev aprelin 29-da NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb. Görüşdə baş katib bildirib ki, Azərbaycan ilə əməkdaşlıq uğurla inkişaf edir və NATO bu əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın regionda xüsusi rolunu vurğulayan Yaap de Hoop Sxeffer bildib ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır və Prezident İlham Əliyevin bu səfəri NATO-Azərbaycan münasibətlərinin genişlənməsinə xidmət edəcək.

NATO-nun baş katibi Azərbaycanın antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qeyd edib ki, ölkəmiz  “Fərdi tərəfdaşlığın əməliyyat planı”nda da fəal iştirak edir.

Prezident İlham Əliyev bildirib ki, NATO-Azərbaycan əlaqələri inkişaf edir, Azərbaycan NATO-nun müxtəlif proqramlarında və tədbirlərində fəal iştirak edir. “Fərdi tərəfdaşlığın əməliyyat planı”nda ölkəmizin fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev qeyd dib ki, Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.

Azərbaycanın dövlət başçısı bildirib ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək./AzərTAc/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar