İlham Əliyev İranın ölkəmizdəki səfirini qəbul edib
20 Aprel 2009 Bazar Ertəsi 18:20
Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan dövlət başçısı, ölkələrimiz arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu da bildirib

Bu gün prezident İlham Əliyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zareni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Ölkə başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında əlamətdar hadisələrin baş verdiyini, qarşılıqlı səfərlərin, müxtəlif səviyyəli görüşlərin keçirildiyini və ayrı-ayrı anlaşmaların əldə edildiyini vurğulayıb. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan İlham Əliyev, ölkələrimiz arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu da bildirib. Nasir Həmidi Zare də öz növbəsində səfir kimi çalışdığı müddətdə hər iki ölkə rəhbərlərinin müəyyənləşdirdikləri istiqamətə uyğun olaraq, Azərbaycanla İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb və qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini söyləyib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar