Siyasət

İlham Əliyev Əfqanıstan prezidentinə təbrik məktubu göndərib

Prezident Əfqanıstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

· Xəbərçi
İlham Əliyev Əfqanıstan prezidentinə təbrik məktubu göndərib

 

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzaini Əfqanıstanın milli bayramı olan Müstəqillik günü münasibətilə təbrik edib.

Prezident təbrik məktubunda qeyd edib ki, Azərbaycan-Əfqanıstan dostluğu və əməkdaşlığının qorunub saxlanması və inkişaf etdirilməsi, əlaqələrin bütün sahələrdə genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstəriləcək.

Dövlət başçısı müstəqillik günü münasibətilə Əfqanıstan xalqına əmin-amanlıq arzulayıb. /AzərTac/

 

Şərhlər