İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib
18 Avqust 2009 Çərşənbə Axşamı 15:00
"Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm"

 

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə başsağlığı verib. «Nazranda törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı barədə xəbər məni dərindən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara tezliklə sağalmağı arzu edirəm»,- deyə başsağlığında bildirilir.

Xatırladaq ki, İnquşetiyanın Nazran şəhərində Daxili İşlər Nazirliyinin şəhər bölməsində baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb. Hazırda 35 yaralı respublika xəstəxanasında müalicəsini davam etdirir. Daha 10 yaralı isə Moskva və Rostov hərbi hospitallarına yerləşdiriliblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar