Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülə Bursada baş vermiş bədbəxt hadisə ilə əlaqədar başsağlığı verib.
"Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!",- deyə dövlət başçısının məktubunda qeyd olunub. ANSPRESS
İlham Əliyev Abdulla Gülə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Bursadakı qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.




Şərhlər