İctimai Palatanın Koordinasiya Şurasına seçkilər keçirilir
08 Yanvar 2012 Bazar 14:38
Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilir.
APA-nın məlumatına görə tədbirdə, sessiyaya Müsavat başqanı İsa Qəmbər sədrlik edir.

Sessiyada ictimai-siyasi vəziyyət, 2012-ci ildə İP-in vəzifələri ilə bağlı müzakirələr aparılıb.

Daha sonra İP Koordinasiya Şurasına (KŞ) seçkilər barədə məlumat verilib. Bildirilib ki, Koordinasiya Şurasına 17 nəfər üzv seçilməlidir. Hazırda KŞ üzvlüyünə 20 nəfər iddialı var.

Koordinasiya Şurasına namizədliyini Aqil Səmədbəyli (Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri), Ədalət Yusubov (Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini), Əli Kərimli (AXCP sədri), Əli Orucov (AMİP-in mətbuat və təbliğat katibi), İbrahim İbrahimli (müstəqil siyasətçi), Hacı İlqar İbrahimoğlu (DEVAMM-ın sədri), İmamverdi Cəfərov (müstəqil siyasətçi), İxtiyar Abdalov (Vətəndaş Hərəkatı Forumunun həmtəsisçisi, Azad Müəllimlər Birliyinin Yasamal rayon şöbəsinin sədri), İsa Qəmbər (Müsavat Partiyasının başqanı), Köçəri Nağıbəyli (Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri), Qələndər Muxtarlı (Azərbaycan Millətçi Demokrat Partiyasının sədri), Leyla Əliyeva (müstəqil politoloq), Rahim Hacıyev (“Azadlıq” qəzeti redaktorunun birinci müavini), Mehriban Vəzir (yazıçı-publisist), Mirvari Qəhrəmanlı (hüquq mudafiəçisi), Pənah Hüseyn (keçmiş baş nazir), Rafiq Manaflı (Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri), Rauf Arifoğlu (“Yeni Müsavat” qəzetinin baş redaktoru), Sotanhəmid Məlikov (fəlsəfə elmləri doktoru), Vaqif Hacıbəyli (müstəqil hüquqşünas), Vidadi Mirkamal (ədliyyə generalı) və Zəfər Quliyev (müstəqil politoloq, analitik) irəli sürüb.

Namizədliyini irəli sürmüş 22 nəfərdən İmamverdi Cəfərov və Əli Orucov namizədliyini geri götürüb.

Namizədlər çıxış edərək, özlərini təqdim edib, fikirlərini bölüşüblər.
Bir az sonra seçkilər keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar