Hökuməti Milli Məclis qarşısında hesabat verir
13 Mart 2009 Cümə 12:15
Milli Məclisin yaz sessiyasının növbəti iclası başlayıb. APA-nın xəbərinə görə, iclasın gündəliyinə Azərbaycan Nazirlər Kabinetinin 2008-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə təqdim etdiyi hesabatın müzakirəsi daxil edilib.
Bununla bağlı çıxış edən MM sədri Oqtay Əsədov hökumətin hesabatının ətraflı, dəqiq hazırlandığını bildirib. Spiker deyib ki, hesabatda sosial-iqtisadi, mili təhlükəsizlik, mülki müdafiə və digər sahələrlə bağlı təhlillər aparılıb.

Azərbaycan iqtisadiyyatının inkişafından danışan O. Əsədov qeyri-neft sektorunun inkişaf tempinin neft sektorunun inkişaf tempini üstələdiyini də söyləyib. MM sədri onu da bildirib ki, ötən il maliyyə böhranı dünyada pik nöqtəsinə çatsa da, Azərbaycana az təsir edib. O, qeyd edib ki, 2008-ci ildə dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə 80 faiz artıb: “Bəzi şəxslər deyirlər ki, hökumətin antiböhran siyasəti yoxdur. Amma bu belə deyil. Bir çox sahələrdə bununla bağlı tədbirlər həyata keçirilir”.

Spikerin çıxışından sonra baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətin hesabatını təqdim etməyə başlayıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar