Hərbi xidmətə çağırış sistemində islahatlar davam edəcək
13 Dekabr 2009 Bazar 00:20
Azərbaycanda hərbi xidmətə çağırış sistemində islahatların davam etdirilməsi nəzərdə tutulur.
S. Novruzovun sözlərinə görə, hazırda hərbi xidmətə çağırış sistemində islahatlar aparılır. Növbəti mərhələdə həyata keçiriləcək tədbirlərin layihəsi isə Ali Baş Komandana təqdim olunacaq: «Prezident İlham Əliyev müvafiq qərar qəbul etdikdən sonra qanunvericiliklə bağlı islahatlar davam etdiriləcək. Bu sahə ilə bağlı müxtəlif layihələr var».

İndiyədək dəfələrlə Respublika Çağırış Komissiyasının üzvü kimi vətəndaşların hərbi xidmətə çağırışı prosesini izlədiyini deyən millət vəkilinin sözlərinə görə, son illər çağırışın təşkili və gənclərin silahlı qüvvələrdə xidmətə göndərilməsi yüksək səviyyədə yerinə yetirilir. S. Novruzov onu da qeyd edib ki, çağırış sistemində cari ilin aprelindən aparılan dəyişikliklər müsbət nəticə verir: «İndi bölgü kompüter vasitəsi ilə xüsusi proqram əsasında aparılır və bu proses Müdafiə Nazirliyinin səfərbərlik idarəsi tərəfindən həyata keçirir. Amma bu sistemin effektini bir-iki çağırışla müəyyən etmək çətindir. Hər iki sistemdə çatışan cəhətlər də var, çatışmayan da. Bunun effektini öyrənmək üçün bir müddət vaxt lazımdır».

Qeyd edək ki, 2009-cu ilin aprel çağırış mövsümündən Azərbaycanda hərbi xidmətə çağırış qaydalarına dəyişikliklər edilib. Yeniliklər nəticəsində çağırışçıların qoşun birləşmələrinə paylaşdırılmasının Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsi (TSİ) tərəfindən həyata keçirilir. Həmçinin çağırışçı əvvəlcədən hansı qoşunlarda xidmət edəcəyi barədə məlumatlandırılır. Dəyişikliklər nəticəsində Respublika Hərbi Komissarlığının səlahiyyətləri məhdudlaşdırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar