Siyasət

Həmsədrlərin bölgəyə səfəri başlayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasienin (Fransa) bölgəyə səfəri başlayıb.

· Xəbərçi
Həmsədrlərin bölgəyə səfəri başlayıb
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu gün Ermənistana gedən həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində tərəflərin mövqeyinin yaxınlaşdırılması imkanları müzakirə edilib.
Qeyd edək ki, həmsədrlər Azərbaycana və ölkənin işğal olunmuş bölgəsi Dağlıq Qarabağa da səfər edəcəklər.
 
APA

Şərhlər