Hacı Allahşükür Paşazade teklif ile çıxış edib
25 Sentyabr 2013 Çərşənbə 23:43
Hacı Allahşükür Paşazade teklif ile çıxış edib. Herbi mübahiselerde dinden istifade dinlerarası forumun diqqet merkezinde olub.
Dünyanın müxtəlif yerlərində hərbi mübahisələrdə din faktorundan istifadə məsələsi Astana dinlərarası forumunda diqqət mərkəzində olub. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Misir və Suriyada yaşanan hadisələrə toxunaraq bəzi ölkələrin siyasətlərini həyata keçirdikləri zaman məhz din amilindən yaralandıqlarını deyib. O, bu halın qarşısının alınması üçün milli və dini tolerantlığın, multikulturalizmin müasir cəmiyyətin inkişafında ən əsas faktorlardan olduğunu söyləyərək, təkliflə çıxış edib. Bütün Qafqazın Şeyxi din xadimləri ilə dövlət adamlarının mühüm məsələlərin həlli zamanı birlikdə addım atmasından tərəflərin yalnız xeyir görəcəyini vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar