EURONEST Parlament Assambleyasının təsis olunması barədə akt imzalanıb
03 May 2011 Çərşənbə Axşamı 14:48
EURONEST Parlament Assambleyasının təsis olunması barədə akt imzalanıb. Deputat Elxan Süleymanov qurumun həmsədri seçilib.
Brüsseldə EURONEST Parlament Assambleyasının ilk iclasının əsas hissəsi başa çatıb. APA-nın məlumatına görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin çıxışından sonra bu strukturun təsis olunması barədə akt imzalanıb. Daha sonra Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan parlamentarlar təşkilatın fəaliyyətinə dair prosedur mexanizmini səsvermə ilə qəbul ediblər.

Avropa Parlamentinin prezidenti bildirib ki, prosedura əsasən, EURONEST-də qərarlar parlamentarların 2/3 səs çoxluğu ilə qəbul olunacaq. Daha sonra EURONEST-in həmsədrləri elan olunub. Avropa Parlamentindən bolqar deputat Konstantin Viqenin, Azərbaycandan isə deputat Elxan Süleymanov həmsədrlər seçilib.

Parlamentarlar bundan sonra EURONEST komitə və işçi qruplarının yaradılması məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, iclasda Azərbaycanın Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Heyətin tərkibinə Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar