Ermənistan özünü aldadmaqla məşğuldur
15 Aprel 2009 Çərşənbə 16:50
Bunu Serj Sarkisyanın bəyanatlarına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib

 

Rəsmi Bakı Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına münasibət bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS-ə bildirib ki, Ermənistan özünü aldadmaqla məşğuldur. Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ölkələri tərəfindən tanındığını deyən E. Poluxov bildirib ki, bu, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qəbul etdiyi sənədlərdə də əks etdirilib. Poluxovun sözlərinə görə, Ermənistan rəhbərliyi tam başa düşür ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qalacaq: «Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə, bu bir o qədər tez münaqişənin həllinə gətirib çıxaracaq».

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan İrana səfərinin sonuncu günündə erməni icması ilə görüşüb. Dağlıq Qarabağ məsələsinə toxunan Sarkisyan icmanı əmin edib ki, Dağlıq Qarabağ heç bir zaman Azərbaycana "hədiyyə" edilməyəcək və bu məsələdə hər hansı ilkin şərtlər qəbuledilməzdir. Türkiyə-Ermənistan münasibətlərindən danışan Sarkisyan bildirib ki, iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması "soyqırım" faktını şübhə altına qoymur və bu məsələdə də heç bir ilkin şərtlər mövcud deyil./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar