“Erməni millət vəkilləri ilə görüş bir məqsəd deyil. Belə görüşlər belnəlxalq təşkilatların forumlarında, Avropa Şurasında, ATƏT-in Parlament Assambleyasında olur".
Bunu Bakıda keçirilən Avropa Şurasının 60 illiyinə həsr olunmuş konfransda iştirak edən Milli Məclisin vitse- spikeri Bahar Muradova deyib. O, qarşıdan gələn sessiyaların birində erməni millət vəkilləri ilə bu və ya digər şəkildə fikir mübadiləsi aparmaq imkanı olacağına ümid etdiyini bildirib.
Vitse-spiker erməni deputatlarla ayrıca görüş barədə məsələyə də aydınlıq gətirib. B.Muradova belə bir təklifin olmadığını bildirib. ANSPRESS
Erməni deputatlarla görüş məqsəd deyil
Erməni deputatlarla görüş məqsəd deyil. Bunu MM vitse-spikeri Bahar Muradova deyib.




Şərhlər