Ərdoğan Azərbaycana gələcək
02 May 2009 Şənbə 14:45
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yaxın vaxtlarda Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfərin may ayı ərzində gerçəkləşəcəyini deyən səfir dəqiq vaxt açıqlamayıb.
H. Kılıçın sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılması gözlənilir.
Səfər zamanı Azərbaycan və Türkiyə arasında təbii qazın qiymətinə dair müzakirələrin aparılıb aparılmayacağına gəlincə, səfir qazın qiymətinin artırılması barədə xəbərlərin yanlış olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə arasında qazın alğı-satqısına dair müqavilə var, qiymət də bu sənədə uyğun tənzimlənir. Sənədə uyğun olaraq, zamanı gəldikdə bu məsələ müzakirə olunur. Qazın qiymətinin artırılacağı barədə məlumatlar doğru deyil».
DOSTLARINLA PAYLAŞ: