Elmira Süleymanova Finlandiya rəsmilərilə görüşüb
19 May 2009 Çərşənbə Axşamı 00:00
Ombudsman qonaqlara Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib

Ombudsman Elmira Süleymanova Finlandiya Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə departamentlərinin məsul əməkdaşları Nina Vaskunlati və Paivi Peltokoski ilə görüşüb. Ombudsman Aparatından verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edildiyini diqqətə çatdırıb. O, Ombudsmanın Quba, Şəki, Cəlilabad və Gəncədə regional mərkəzlərinin fəaliyyət göstərdiyini, bu qurumların əhali arasında geniş maarifləndirmə işləri apardığını söyləyib.
N.Vaskinlati Azərbaycan ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyətinin böyük təəssürat doğurduğunu qeyd edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar