Siyasət

Elmar Məmmədyarov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Mixael Lavon-Lotem fəaliyyəti dövründə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə çalışacağını söyləyib

· Xəbərçi
Elmar Məmmədyarov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Lavon-Lotem ilə görüşüb. Etimadnaməsinin surətini nazirə təqdim edən yeni səfir İsrailin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Diplomat fəaliyyəti dövründə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə çalışacağını söyləyib.

Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında siyasi, iqtisadi, enerji, turizm, mədəniyyət sahələrində əməkdaşlıq üçün mövcud imkanlardan danışıb.

Nazirlə yeni səfir iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. /AzərTac/

Şərhlər