Siyasət

Elmar Məmmədyarov İsrailin müdafiə naziri ilə görüşüb

Tərəflər Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən prosesləri müzakirə ediblər.

· Xəbərçi
Elmar Məmmədyarov İsrailin müdafiə naziri ilə görüşüb
Fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin müdafiə naziri Ehud Barakla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə həmçinin enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər