Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 15-17 iyun tarixlərində İspaniya Krallığına rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İspaniya səfəri çərçivəsində E.Məmmədyarovun İspaniya Deputatlar Konqresinin Xarici əlaqələr üzrə Komissiyasının prezidenti Duran y Lleida, İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri xanım Trinidad Ximenez, İspaniya Sahibkarlar Təşkilatları Konfederasiyasının və yerli aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. ANSPRESS
Elmar Məmmədyarov İspaniyaya rəsmi səfər edəcək
Elmar Məmmədyarov İspaniyaya rəsmi səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.




Şərhlər