Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Elmar Məmmədyarovun ABŞ-a səfəri 29 may - 3 iyun tarixlərinə nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-a səfəri çərçivəsində Elmar Məmmədyarovun Nyu-York şəhərində BMT-nin Baş Qərargahında İKT səfirlərinin görüşündə çıxış, BMT-nin Baş katibi Ban Ki-Mun ilə görüş, Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri və Asiya dövlətlərinin BMT yanında daimi nümayəndələri, Vaşinqton şəhərində isə ABŞ-ın Dövlət katibi Hillari Klinton, Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill ilə görüşləri nəzərdə tutulub. ANSPRESS
Elmar Məmmədyarov Hillari Klintonla görüşəcək
Xarici işlər naziri Elmar Məmmədyarov 29 may - 3 iyun tarixlərində ABŞ-a işgüzar səfər edəcək.




Şərhlər