Elmar Məmmədyarov Əfqanıstan səfirini qəbul edib
10 İyun 2009 Çərşənbə 18:35
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının eyni zamanda Azərbaycanda akkreditə olunan səfiri Məhəmməd Yahya Mərufini missiyasını başa vurması ilə əlaqədar qəbul edib.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfir Məhəmməd Yahya Mərufi bildirib ki, bir müddət öncə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi seçilməsi səbəbilə tutduğu hazırkı vəzifəsini tərk edir. Onun namizədliyini dəstəkləyən Azərbaycan tərəfinə öz dərin minnətdarlığını bildirən qonaq ölkəmizdən xoş xatirələrlə ayrıldığını vurğulayıb. Səfir Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək və yardıma, habelə ölkəsinin səfiri kimi onun fəaliyyətinə Azərbaycan XİN tərəfindən verilmiş dəstəyə görə minnətdarlığını bildirib, iki ölkə arasında səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu söyləyib. Öz növbəsində, nazir Elmar Məmmədyarov səfir Məhəmməd Yahya Mərufini yeni təyinatı ilə əlaqədar təbrik edib, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Əfqanıstanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstana dəstəyi bundan sonra da davam etdiriləcəyini bildirib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar