Siyasət

Elmar Məmmədyarov Brüsselə gedir

Nazir Elmar Məmmədyarov sabah keçiriləcək Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

· Xəbərçi
Elmar Məmmədyarov Brüsselə gedir
Azərbaycan xarici işlər naziri sabah Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək. Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək. E.Poluxovun sözlərinə görə, Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmayıb.

Qeyd edək ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün müəllifləri Polşa və İsveçdir. Proqrama Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus daxildir. ANSPRESS

Şərhlər