Elmar Məmmədyarov belçikalı həmkarını Azərbaycana dəvət edib
11 Fevral 2012 Şənbə 00:26
Belçika Krallığının xarici işlər naziri Didier Reynderslə görüş Brüsseldə keçirilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Belçika Krallığının xarici işlər naziri Didier Reynderslə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESSə- verilən məlumata görə, görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə etmiş, bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

E.Məmmədyarov görüşün sonunda belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmişdir. D.Reynders dəvət üçün təşəkkür edib və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar