Elmar Məmmədyarov: "Avropa Birliyi ilə əməkdaşlığa önəm veririk"
09 Dekabr 2009 Çərşənbə 10:50
Elmar Məmmədyarov: "Avropa Birliyi ilə əməkdaşlığa önəm veririk. Azərbaycan danışıqları davam etdirməkdə qətiyyətlidir"
Avropa İttifaqının Ümumi Məsələlər və Xarici İşlər Nazirləri Şurası Azərbaycan, Gürcüstan və Ermənistanla assosiasiya yaratmaq haqqında sazişlərə dair danışıqlara başlamaq niyyətindədir.

Brüsseldə Şərq Tərəfdaşlığı ilə bağlı keçirilən toplantıda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının Avropa Birliyi ilə əməkdaşlığa böyük önəm verdiyini deyib.

"Boru kəmərləri və enerji əməkdaşlığı hələ də çox əhəmiyyətli məsələdir. Azərbaycan danışıqları davam etdirməkdə qətiyyətlidir. Yalnız danışıqları davam etdirməkdə deyil, real işlər görməkdə də qətiyyətlidir. Enerji əməkdaşlığı ilə biz xeyli irəliləyiş əldə edə bilərik", deyə Məmmədyarov bəyan edib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze də ölkəsinin Avropa Birliyi ilə əməkdaşlığa böyük önəm verdiyini deyib.
"Biz qanunvericilik və qanunların tənzimlənməsi sahəsində bütün zəruri islahatlara hazırıq. Mən deməliyəm ki, bu sahədə biz kifayət qədər irəliləyiş əldə etmişik. Viza şərtlərinin sadələşdirilməsi sahəsində işlər var və bu bununla bağlı anlaşmanın imzalanmasını gözləyirik", deyə Vaşadze bildirib.

Qeyd edək ki, Brüsseldə keçirilən Avropa Birliyinin ümumi məsələlər və Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində "Şərq Tərəfdaşlığı" proqramının 27+6 formatında konfransı da keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar