Siyasət

Elmar Məmmədyarov ABŞ-a gedir

Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədyarov Amerikanın dövlət katibi ilə görüşəcək

· Xəbərçi
Elmar Məmmədyarov ABŞ-a gedir

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirin səfər zamanı Amerikanın dövlət katibi Hillari Klinton, Pentaqon və Milli Təhlükəsizlik Şurasının nümayəndələri, eləcə də bir qrup yerli ekspertlə görüşləri nəzərdə tutulub. Elmar Məmmədyarovla eyni vaxtda onun ermənistanlı həmkarı Edvard Nalbandyan da Vaşinqtona dəvət olunub. Hillari Klinton bu gün Elmar Məmmədyarovla, sabah isə Edvard Nalbandyanla görüşəcək. /ANS PRESS/

Şərhlər