Əli Əhmədov: “YAP üzvlərinin 40%-ni gənclər təşkil edir”
14 İyun 2011 Çərşənbə Axşamı 17:50
15 İyun - Qurtuluş günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında partiya rəhbərliyi YAP üzvü olan rayon gəncləri ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP-ın Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və başqaları iştirak edib.

V. Seyidov partiyanın yerli strukturu, gördüyü işlər barədə danışıb. O, həmçinin Qurtuluş gününün əhəmiyyətini vurğulayıb.

YAP-ın sədr müavini Ə. Əhmədov isə 15 iyun 1993-cü ilə ekskurs edib. YAP-ın gənclik enerjisinin yüksək olduğunu deyən Ə. Əhmədovun sözlərinə görə, partiya sıralarında gənclərin sayı 40% təşkil edir.

Suraxanı RİH başçısı İlqar Abbasov da 15 iyunun əhəmiyyətindən danışıb.

Tədbirdə YAP-ın Suraxanı rayon təşkilatının üzvlərindən 2675 nəfərinin gənclərdən ibarət olduğu, onların sosial şəbəkələrdə aktivlik göstərdiyi qeyd edilib.

Tədbirdə YAP rəhbərliyi ilə rayon gənclərinin diskussiyası da olub.

Sonda fəal YAP üzvləri fəxri fərmanlarla təltif olunub, partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə isə vəsiqələr təqdim edilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar