Eli Ehmedov teşkilat sedrleri ile görüşüb
01 İyul 2013 Bazar Ertəsi 17:38
İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarı Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dəstəkləyir.
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşüb.

Trend-in məlumatına görə, prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində keçirilən görüşdə çıxış edən Əli Əhmədov ötən on ildə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlardan söhbət açıb.

Bugünkü görüşün məqsədinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsini təmin etmək olduğunu deyən Əhmədov bildirib ki, müşahidələr göstərir ki, YAP-ın V qurultayının İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarını Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dəstəkləyir: "Bu onu göstərir ki, Azərbaycan cəmiyyəti son 10 ildə Azərbaycanda baş verən müsbət dəyişiklikləri, irəliləyişləri yüksək dəyərləndirir. Bunun böyük əsasları var, çünki son 10 ildə İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri xeyli güclənib. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlib. Bu dəyişikliklər hər birimizin gözünün önündə baş verib. İndi Azərbaycan vətəndaşları yeni həyat standartları çərçivəsində yaşayırlar".

Əhmədov qeyd edib ki, son 10 il ərzində əldə edilən uğurlar göstərir ki, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın daha da inkişafına gətirib çıxaracaq.

O, həmçinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsində YAP-ın hər bir üzvünün üzərinə məsuliyyət düşdüyünü qeyd edib. O, əlavə edib ki, YAP özünün 600 min üzvü ilə seçki kampaniyasını yüksək səviyyədə keçirməyə qadirdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar