Məlumatda bildirilir ki, dekabrın sonuna kimi komissiyanın dörd-beş iclasının keçirilməsi nəzərdə tutulub. Dekabrın 8-də keçirilən iclas ilk olduğundan komissiya üzvləri təqdim olunan ərizələr haqqında məlumat veriblər. Bu həftə ərzində növbəti iclasın keçiriləcəyi gözlənilir.
Həbsdə olan jurnalistlərin məsələsi isə komissiyada hələlik müzakirə edilməyib.
Qeyd edək ki, Azərbaycanda sonuncu əfv fərmanı 2008-ci ilin avqustun 26-da imzalanıb. Həmin əfv fərmanı 96 məhbusa şamil edilib. ANSPRESS
Əfv Komissiyası iclaslara başlayıb
Azərbaycan Prezidenti yanında Əfv Komissiyası iclaslara başlayıb.




Şərhlər