Eflan İbrahimov ifşa edildi
01 Sentyabr 2013 Bazar 23:20
Eflan İbrahimov Azerbaycan müselmanlarını terrora, İsrail dövletine qarşı cihada çağrırır.
“Təqdim etdiyimiz bu videoda hazırda Eldar Namazova, EL hərəkati və Milli Şura rəhbərliyinə qarşı ixtişaş törətmək ittihamı ilə çıxış edən Əflan İbrahimov Azərbaycan müsəlmanlarını terrora, İsrail dövlətinə qarşı cihada çağrırır".

ANS PRESS-in məlumatına görə, bu fikirlər Milli Şura İcra Aparatının Mətbuat Xidmətinin bununla əlaqədar məlumatında səsləndirilib.

Məlumatda deyilir ki, Ramazan bayramı zamanı toplantıların birində lentə alınan bu çıxış içlas iştirakçılarının heyrətinə səbəb olub. Çünki toplantının mahiyyəti üzrə edilməyən çıxışda Ə.İbrahimovun təxribatçı olduğu açıq görünür: "Bu video hazırda Milli Şura rəhbərliyini əsassız və heç bir sübut olmadan ixtişaş törətməkdə ittiham edən və özünü İlham Əliyevin tərəfdarı kimi təqdim edən Ə.İbrahimovun özünün qanunları necə pozmasının, ölkəmiz ücün beynalxalq miqyasda agır nəticələrə gətirə biləcək təxribatlara əl atmasının açıq-aydın sübutudur".

Qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun belə təxribatçı ünsürlərin yalançı xəbərçilik əsasında demokratik düşərgənin liderlərindən saatlarla yersiz izahat tələb etdiyi bir vaxtda açıq-aydın sübüt olunan cinayətlərə göz yumması, bütün bu “ixtişaş” şousunun siyasi sifariş oldugunun bariz təsdiqidir: "Bu videomaterial yerli media ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən ABŞ, İsrail və Avropa ölkələrinin səfirliklərinə də təqdim olunub".


DOSTLARINLA PAYLAŞ:

oyunlar