Bu gün Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev prezident İlham Əliyevə zəng edib. Rusiya Federasiyasının prezidenti Azərbaycan prezidentini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
İlham Əliyev təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, 2009-cu ildə prezidentlər səviyyəsində keçirilən çoxsaylı ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıb və 2010-cu ildə bu görüşlərin davam etdirilməsi haqqında razılıq əldə edib.
Telefon söhbəti zamanı prezident İlham Əliyev Rusiya dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. ANSPRESS
Dmitri Medvedev İlham Əliyevə zəng edib
Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevi ad günü münasibətilə təbrik edib.




Şərhlər