Cemil Hesenli adına bank hesabı açıldı
31 Avqust 2013 Şənbə 15:00
Artıq vetendaşlar müxalifetin seçki kampaniyasının teşkili üçün Cemil Hesenli adına vesait köçüre biler.
Milli Şuranın 9 oktyabr prezident seçkilərində vahid namizədi Cəmil Həsənlinin bank hesabı avqustun 31-dən açıqdır. Artıq vətəndaşlar Beynəlxalq Bankın istənilən şöbəsində müxalifətin seçki kampaniyasının təşkili üçün vəsait köçürə bilər.

Yada salaq ki, ötən həftə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlarına çağırış edərək, onları açılacaq bank hesabına 1 manat köçürməyə çağırmışdı. “Yeni Müsavat”a müsahibəsində Rüstəm İbrahimbəyov bildirmişdi ki, əgər 1 milyon Azərbaycan vətəndaşı seçki hesabına 1 manat köçürsə, bu, 25 faiz seçicinin Əliyev rejiminə “get” deməsi anlamına gələcək.

Həmin gündən xeyli sayda insan “Yeni Müsavat”a müraciət edərək müxalifətin seçki kampaniyasına vəsait köçürmək istədiyini bildirib. Bank hesabını təqdim edirik:

Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı

Kod: 805584
Müxbir hesab : AZ03NABZ01350100000000002944
Vöen: 9900001881
S.W.I.F.T.: İBAZAZ2X
Müştərinin adı HASANLI CAMIL POLADXAN OGLU
Hesab AZ29IBAZ33801019443102498202

TELEFON 012 562 99 41



DOSTLARINLA PAYLAŞ:

oyunlar