Cemil Hesenli açıqlama verib
23 Avqust 2013 Cümə 18:28
Cemil Hesenli: Men Rüstem İbrahimbeyovdan daha çox müxalifetçi olmuşam.
“On beş gün bundan əvvəl ayrı bir durum idi. İndi isə fərqli situasiya yaranıb. Zaman Milli Şuranı sınaq qarşısında qoyub”.

Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın yeni namizədi Cəmil Həsənli deyib. O, bir neçə gün öncə vahid namizədlikdən imtina etməsi ilə bağlı danışarkən bildirib:

“Mənim vicdanım qəbul etmədi. Mən Rüstəm İbrahimbəyovdan daha çox müxalifətçi olmuşam”, – deyən C. Həsənli MŞ-nın vahid namizədi olmamasını özünə yaraşdırmadığını dilə gətirib.

“Hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil. Bunun ağırlığı, məsuliyyəti var. Milli Şuranın sədri Rüstəm bəyin təkidli xahişlərini, Mili Şurada təmsil olunan dostlarımın bu məsuliyyəti mənimlə bölüşəcəyini nəzərə alıb, bu missiyanı yerinə yetirmə qərarına gəldim”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar