Bu gün AŞ PA-nın yay sessiyası başlayır
22 İyun 2009 Bazar Ertəsi 02:25
Sessiyada müzakirə ediləcək ən ciddi məsələ AŞ PA və Nazirlər Komitəsi arasında ziddiyyətə səbəb olmuş baş katib seçkisidir

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayır. İyunun 26-a kimi davam edəcək sessiyada əsas diqqət Avropa Şurasına baş katibin eçilməsinə yönələcək. Qeyd edək ki, sözügedən məsələ iyunun 5-də qurumun Monitorinq Komitəsinin Parisdə keçirilən iclasında da müzakirə edilib. Bu ilin mayında Avropa Şurasının Nazirlər Komitəsi iki parlamentarinin adını baş katib vəzifəsinə namizədlərin siyahısından çıxarıb. AŞ PA isə bu qərarı bəyəməyib və Nazirlər Komitəsindən xahiş edib ki, siyahını bərpa etsin. Lakin Komitə öz qərarını dəyişməyib və namizədlər siyahısında yalnız iki namizədin adını saxlayıb. Bunlar Norveç parlamentinin spikeri Turbyern Yaqland və Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviçin adını saxlayıb. Belçkika Fldandriyasının sabiq baş naziri Lük vann den Brande və Macarıstan parlamentinin deputatı Matias Yorşi isə adı namizədlər siyahısına qaytarılmayıb.
Sessiyanın ilk günü büro və daimi komissiyanın hesabatları dinləniləcək, parlamentlərarası birliyin və nazirlər komitəsi sədrlərinin çıxışları olacaq, səlahiyyətləri başa çatmış Avropa Şurasının baş katibi Terri Devis qısa vida nitqi söyləyəcək. Sonrakı günlərdə Avropa Şurasına baş katib seçiləcək, Belarusda vəziyyət, ermənistanda demokratik təsisatların fəaliyyəti, Avropada insan hüquqlarının durumu kimi məsələlər müzakirə olunacaq.
Yay sessiyasında Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, nümayəndə heyəti müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar