Suriya prezidenti Bəşər Əl Əsəd iyulun 8-də Azərbaycana iki günlük səfər edəcək. ANS PRESS-in Suriya mətbuatına istinadən verdiyi məlumata görə, bu səfər Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutacaq.
Məlumata görə, Əl Əsədin Azərbaycana səfəri Suriyanın Mərkəzi Asiyaya iqtisadi və siyasi cəhətdən daha inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan ticarət nümayəndələri keçən ay Dəməşqə səfər edib və iki ölkə arasında iqtisadi və ticarət sahəsində müsibətləri inkişaf etdirmək məsələsini müzakirə ediblər.
Öz növbəsində Suriyanın xarici işlər naziri Valid-əl Muəlləm ötən ayın əvvəlində Azərbaycana səfər edib. Səfər zamanı prezident İlham Əliyev, baş naziri Artur Rasizadə, parlamentin spikeri Oktay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Əl Muəlləm, iqtisadiyyat və parlament sahəsində ikitərəfli münasibətləri, eyni zamanda Yaxın Şərq və Qafqaz məsələlərini müzakirə edib. XİN rəhbəri ilə görüşdə İlham Əliyev İslam öllkələri arasında həmrəyliyin möhkəmlənməsində Suriyanin səylərinin vacibliyi qeyd edib. /ANS PRESS/