ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Azərbaycandadır. ANS PRESS-in məlumatına görə, hava limanında jurnalsitlərə açıqlama verən fransalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində ciddi iş getdiyini bildirib. B.Fasyenin ölkə rəsmiləri ilə məsləhətləşmələr aparacağı gözlənilir.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək görüşünə hazırlıq məqsədi ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona tək-tək səfərləri başlayıb. Bernar Fasyedən sonra isə ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Metyu Brayza da regiona səfər edəcək.
Qeyd edək ki, B. Fasye bundan əvvəl Ermənistanda olub. Həmsədrin Gürcüstan və Türkiyəyə də gedəcəyi gözlənilir. /ANS PRESS/