Siyasət

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana gəlib

Sabah Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının III iclası keçiriləcək.

· Xəbərçi
BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana gəlib
Sabah mayın 3-də Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsouridir. ANSPRESS

Şərhlər