Siyasət

Baykal: Azərbaycanı küsdürməyi bacardıq

Cumhuriyyət Xalq Partiyasının sədri Türkiyə Böyük Millət Məclisində bələdiyyə seçkisindən sonra ilk qrup toplantısında belə deyib

· Xəbərçi
Baykal: Azərbaycanı küsdürməyi bacardıq

Bu gün Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal  Türkiyə Böyük Millət Məclisində bələdiyyə seçkisindən sonra ilk qrup toplantısını keçirib. Toplantıda seçki və gündəmdə olan müxtəlif mövzular müzakirə edilib.
Türkiyə -Ermənistanın sərhədlərinin açılmasına münasibət bildrən D. Baykal bildirib ki, Azərbaycanın daima diqqət mərkəzində saxlamağın lazım odluğunu həmişə deyib: "Onun bunun istiqamətləndirməsi ilə həmən Ermənistanla diplomatik əlaqələri balşamaq təlaşına girərək bu böyük avantajı itirməməliyik deyə israrla söylüyordum. Gəlidiymiz vəziyyətdə  Azərbaycanın bu hökumətimizlə deyil, Ermənistan siyasəti səbəbilə ciddi bir qəlb qırıqlığı, can sıxıntısına girdiyini, gələcəyi ilə bağlı söz verdiyi halda Azərbaycan dövlət başçısının İstanbula gəlməyi rədd etdiyini öyrəndik. Ermənistanla sülh təmin oldunduğunu deyə bilmərəm, ancaq Azərbaycanı küsdürməyi bacardıq”./ANSPRESS/

Şərhlər