Siyasət

Barak Obama İlham Əliyevə təbrik məktubu göndərib

ABŞ prezident Azərbaycan xalqını Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib

· Xəbərçi
Barak Obama İlham Əliyevə təbrik məktubu göndərib
Bu gün Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu ünvanlayıb.

ABŞ prezidenti təbrik məktubunda Azərbaycan xalqını təbrik edərək, Azərbaycanın Amerika Birləşmiş Ştatlarının mühüm tərəfdaşı olduğunu, regionda sabitliyin və rifahın gücləndirilməsi istiqamətində birgə işlədiyini bildirib.

O, qarşıdakı aylarda və illərdə də bu əlaqələrin möhkəmlənməsini arzulayıb.ANSPRESS


Şərhlər