Bakıya gələn erməni nazir müavini açıqlama verdi
22 Oktyabr 2009 Cümə Axşamı 13:05
Arman Kirakosyana verilən ilk sual işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı oldu
Bu gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirak etmək üçün Bakıya gələn Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan jurnalistlərin suallarını cavablandırıb.

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını nə vaxt geri çəkəcək?" sualını erməni nazir müavini belə cavablandırıb:

"Məsələyə bu cür yanaşmaq düzgün deyil, Məsələ burasındadır ki, 1994-cü ildə atəşkəs haqqında razılıq əldə olunub. Bu müharibənin nəticəsidir. Hazırda danışıqlar konstruktiv və sülh yolu istiqamətində davam etdirilir. Biz hesab edirik ki, danışıqlar bu istiqamətdə bundan sonra da davam etdirilməlidir. Danışqları hər iki ölkənin prezidentləri davam etdirir. Prezidentlər arasında görüşlərin olması artıq müsbət məsələdir. Biz ümid edirik ki, bu danışıqlar müsbət nəticələnəcək".
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar