Bakı sakinindən narkotik götürülüb
30 Mart 2009 Bazar Ertəsi 11:40
Fazil Bəbirov birgə əməliyyat tədbirləri nəticəsində saxlanıb

Bakı şəhər sakinindən narkotik vasitə götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1973-cü il təvəllüdlü Fazil Bəbir oğlu Bəbirov Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin, Narkotiklərlə Mübarizə Bölməsinin və 24-cü Polis Bölməsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanıb. Onun üzərindən 4 kiloqram 220 qram narkotik vasitə olan həşiş qətranı aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar